“Trabzonspor”un yarımmüdafiəçisi Con Obi Mikel Nigeriya yığmasındakı karyerasını başa vurub. Matc.az xəbər verir ki, o, bu qərarını Misirdə təşkil olunan Afrika Millətlər Kubokunda bürünc medal qazandıqları Tunislə 3-cü yer uğrundakı oyundakı oyundan sonra açıqlayıb.

Mikel artıq ayrılıq vaxtının yetişdiyini söyləyib: “32 yaşım var. Millidən ayrılmağın, bayrağı gənclərə ötürməyin zamanı gəldi”.

Ölkəsinin millisində 18 yaşında debüt edən Mikel, bütövlükdə 89 oyuna çıxıb, 6 qola imza atıb. Klub karyerasında “Lin”, “Çelsi”, “Tianjin TEDA” və “Middlsbro”da oynamış yarımmüdafiəçi bu ayın əvvəlində “Trabzonspor”la 2+1 illik müqavilə imzalayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest