çempionlar Liqasının II təsnifat mərhələsində "Dandolk"la qarşılaşacaq "Qarabağ" ölkəni tərk edib. Matc.az saytı xəbər verir ki, Azərbaycan çempionu artıq səfərə yollanıb.

İlk oyunda "Dandolk"un qonağı olacaq Qurban Qurbanovun kollektivi Dublinə yola düşüb. İrlandiyaya çarter reysilə gedən ağdamlıların səfərinin təşkilini "Silk Way Travel" yerinə yetirir.

Qeyd edək ki, iyulun 24-də keçiriləcək "Dandolk" – "Qarabağ" oyunu Bakı vaxtı ilə 22:45-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest