27 Oktyabr 2026, 14:38
FUTBOL
“France Football” jurnalının baş redaktoru Vinsan Qarsiya “Qızıl top” mükafatı ilə bağlı danışıb. Matc.az xəbər verir ki, o, Madrid “Real”ının fransalı hücumçusu Kilian Mbappenin mükafat uğrunda səsvermədə uzun müddət lider olduğunu bildirib. Lakin yekunda “Qızıl top”un qalibi “Bavariya” və İngiltərə millisinin mərkəzi hücumçusu Harri Keyn olub.
“Mən bir ay ərzində səsvermənin nəticələrini real vaxt rejimində izlədim. Mbappe uzun müddət liderlik etdi, amma Harri Keyn vəziyyəti dəyişməyi bacardı. Sonda qalib çox, çox kiçik xal fərqi ilə müəyyənləşdi!” – deyə, Qarsiya bildirib.













