22 İyul 2019, 17:04
FUTBOL
"Barselona" kapitanı Lionel Messinin daha uzun müddət komandada qalmasını istəyir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, rəhbərlik bununla bağlı fəaliyyətə başlayıb.
Belə ki, klub Leoya yeni 2 illik müqavilə təklifi edib. Hazırda istirahətdə olan 32 yaşlı superulduz komandaya döndükdən sonra danışıq baş tutacaq. Tərəflər ortaq məxrəcə gəlsələr, Messi 2023-cü ilin yayına qədər doğma komandasına məxsus olacaq.
Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Lionel Messi 2004-cü ildən əsas komandada çıxış edir.