Premyer Liqaya hazırlığını davam etdirən "Sabah" Bakı toplanışını başa vurub. Matc.az xəbər verir ki, təlim-məşq toplanışının ikinci mərhələsi üçün komanda Türkiyəyə yola düşüb.

Elşad Əhmədovun yetirmələri avqustun 6-na kimi Bolu şəhərində hazırlıq keçəcək. Bakılılar bu müddətdə 4 yoxlama görüşü keçirməyi planlaşdırır.

Qeyd edək ki, "Sabah" ölkə daxilindəki toplanış çərçivəsində 2 yoxlama görüşü keçirib, "Zirə" (5:3) və "Sumqayıt"a (2:0) qalib gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest