23 İyul 2019, 13:48
FUTBOL
Rusiya Premyer Liqasında II turun simvolik komandası açıqlanıb. Matc.az xəbər verir ki, rəmzi "11-lik" "InStat"ın təhlilinə əsasən müəyyənləşib.
Geridə qalan turda "Krılya Sovetov" üzərində səfər qələbəsi qazanan (3:2) "Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi "Arsenal"da 1 oyunçu rəmzi komandaya düşüb. Bu, son dəqiqələrdə zədələnərək əvəzlənən mərkəz müdafiəçisi Maksim Belyayevdi.
Qeyd edək ki, 2 turdan sonra yalnız "Ural" və "Zenit" maksimum xal toplayıb.