"Tottenhem" "Fulhem"in müdafiəçisi Rayan Sessenyondan əl çəkmir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, London klubları transferdə heç cür razılığa gəlmirlər.

"Tottenhem" sol cinah müdafiəçisi üçün 25 milyon funt-sterlinq təklif etsə də, bu, "Fulhem"i qane etməyib. Onlar oyunçunu 40 milyon funt-sterlinqə satmağı planlaşdırırlar.

"Tottenhem" gənc oyunçunu təklif etdikləri məbləğə alacağına ümid edir. çünki Sessenyonun "Fulhem"lə müqavilə müddəti gələn ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest