Rusiyanın paytaxtı Moskvada çimərlik futbolu üzrə dünya çempionatının seçmə oyunları davam edir. Matc.az saytının məlumatına görə, Azərbaycan millisinin yarışdakı növbəti rəqibləri müəyyənləşib.

1/16 finalda Macarıstanı (3:3) penaltilər seriyası hesabına üstələyən yığmamız növbəti mərhələyə adlayıb. Komandamız bu dəfə Rusiya, İspaniya və İsveçrə ilə eyni qrupda mübarizə aparacaq. Oyunların təqvimi bugünkü qarşılaşmalar başa çatdıqdan sonra müəyyənləşəcək.

Qeyd edək ki, millimiz qrupda İspaniyaya uduzub (5:10), Latviyaya qalib gəlib (3:1).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest