"Real"ın baş məşqçisi Zinəddin Zidan yarımmüdafiəçi Daniel Sebalyosla bağlı planlarından danışıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, fransalı mütəxəssis 23 yaşlı orta sahə oyunçusunun "Arsenal"a keçəcəyini istisna etməyib.

Zizu bu məsələdə yaxın günlərdə hər şeyin dəqiqləşəcəyini söyləyib. "Hələ rəsmi bir şey yoxdu. Ancaq bu keçidin üzərində çalışırıq. Görək yaxın günlərdə nələr baş verəcək", - deyə baş məşqçi bildirib. Yayılan məlumatlara görə, "Real" Sebalyosu "Arsenal"a icarəyə verəcək.

Qeyd edək ki, Daniel Sebalyosun "Real"la müqavilə müddəti 2023-cü ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest