24 İyul 2019, 15:41
FUTBOL
"Krılya Sovetov" yay fasiləsində Moskva "Dinamo"suna keçən Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin boşluğunu doldurub. Matc.az-ın klubun tvitter səhifəsinə istinadən məlumatına görə, Samara təmsilçisi "Portu"nun forvardı Xuan Perea ilə anlaşıb.
Portuqaliya klubu ilə danışıqlar müsbət nəticələnib və gənc futbolçu Samaraya yollanıb. Hazırda klubun bazasında olan Perea tibbi müayinədən keçdikdən sonra yeni komandası ilə rəsmi müqavilə imzalayacaq.
Qeyd edək ki, kolumbiyalı hücumçu ötən mövsüm "Portu"nun U-19 komandasında 29 oyun keçirib, 8 qola imza atıb.