24 İyul 2019, 16:18
FUTBOL
"Latsio"nun yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviç karyerasını İngiltərədə davam etdirəcək. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 24 yaşlı orta sahə oyunçusu "Mançester Yunayted"lə anlaşıb.
Klublar arasında uzun müddətdi aparılan danışıqlar, nəhayət ki, yekunlaşıb. İlkin razılığa əsasən, bu keçid Roma təmsilçisinə 75 milyon avro qazandıracaq. Serbiya millisinin üzvü "mankunianlar"la 5 illik müqavilə bağlayacaq.
Qeyd edək ki, Sergey Milinkoviç-Saviç 2015-ci ildən "Latsio"da çıxış edir.