"Ümid edirəm ki, "Arsenal"ın ötən mövsümdəki parlaq çıxışı əbəs yerə deyil və komanda avrokuboklarda da özünü yaxşı tərəfdən göstərəcək. İlk oyun Tulada keçiriləcək və "Arsenal" futbol qanunlarına görə, qalib gəlməlidi".
"ötən ol "OIK-Xabarovsk"u çalışdırarkən "Neftçi"yə qarşı yoxlama görüşü keçirmişdik". Matc.az saytının məlumatına görə, bunu rusiyalı məşqçi Rinat Bilyaletdinov deyib.
Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək "Arsenal" - "Neftçi" oyunu barədə fikirlərini bölüşən 62 yaşlı mütəxəssis Rusiya klubunun şanslarını yüksək qiymətləndirir: "Yoxlama görüşündə "Neftçi"yə 8 qol vurmuş və yalnız 1 top buraxmışdıq. Ancaq bu oyuna əsasən Bakı klubunun gücü barədə nəticə çıxarmaq olmaz. çünki o, hazırlıq dövründə olan yoxlama görüşü idi. Həmin görüşdən təxminən 10 gün sonra onlarda çempionat start götürdü. Yəqin ki, o vaxtdan bəri "Neftçi"də çox dəyişiklik olub. Düşünürəm ki, "Arsenal"ın yaxşı şansı var və Tula təmsiçisi "Neftçi"ni keçəcək".
Rusiya millisinin sabiq baş məşqçisi Boris İqnatyev də "Arsenal"ı cütün favoriti sayır: "ümid edirəm ki, "Arsenal"ın ötən mövsümdəki parlaq çıxışı əbəs yerə deyil və komanda avrokuboklarda da özünü yaxşı tərəfdən göstərəcək. İlk oyun Tulada keçiriləcək və "Arsenal" futbol qanunlarına görə, qalib gəlməlidi. ümumiyyətlə, Rusiya futbolu Azərbaycan futbolundan güclüdü. Ancaq burda ayrı-ayrı komandalar çıxış edir. Bildiyim qədərilə "Neftçi"nin yaxşı sərmayəçiləri var. Onlar qarşılarına yüksək hədəflər qoyublar və artıq beynəlxalq arenada təcrübələri var".
Qeyd edək ki, bu gün Tulada keçiriləcək oyun Bakı vaxtı ilə 21:00-da başlayacaq.