"Liverpul"un müdafiəçisi Natanyel Klayn zədələnib. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "mersisayd" təmsilçisinin üzvü Dortmund "Borussiya"sı ilə yoxlama görüşündə sıradan çıxıb.

Dortmund klubunun 3:2 hesabı ilə qalib gəldiyi qarşılaşmada zədə alan Klayn tibbi müayinədən keçib. Nəticədə həkimlər zədənin ciddi olduğunu və futbolçunun 6 ay yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb.

Qeyd edək ki, Natanyel Klayn ötən mövsümü icarə əsasında "Bornmut"da keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest