"çelsi" yarımmüdafiəçisi Villianla yeni müqavilə bağlayacaq. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Braziliya millisinin üzvü klubun təklifini müsbət cavablandırıb.

Tərəflər yaxın günlərdə yeni 2 illik sözləşməni rəsmiləşdirəcəklər. Bununla da 31 yaşlı oyunçunun "zadəganlar"la müqavilə müddəti 2022-ci ilin yayına qədər olacaq. Lakin Eden Azarın gedişindən sonra 10 nömrəli formanı götürən Villianla anlaşmanın uzadılması klub azarkeşlərinin ürəyincə deyil. Onlar Villianın komandadan ayrılmasını tələb edirlər.

Qeyd edək ki, Villian 2013-cü ildən "çelsi"də çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest