25 İyul 2019, 17:26
FUTBOL
Avropa nəhənglərinin iştirakı ilə keçirilən Beynəlxalq çempionlar Kuboku davam edir. Matc.az saytının məlumatına görə, bu gün İngiltərə klubları "Mançester Yunayted"lə "Tottenhem" çində üz-üzə gəlib.
Turnir çərçivəsindəki ilk görüşdə qələbə qazanan Premyer Liqa təmsilçilərinin bir qədər əvvəl başa çatan duelində 3 qol qeydə alınıb. "Qırmızı şeytanlar"ın 2 qoluna londonlular 1 topla cavab verə bilib və oyun "Mançester Yunayted"in qələbəsi ilə yekunlaşıb.
Beynəlxalq çempionlar Kuboku
25 iyul
"Tottenhem" (İngiltərə) - "Mançester Yunayted" (İngiltərə) - 1:2
Lukas, 65 - Marsial, 21; Anxel Qomes, 80