"Bu gün keçirdiyimiz oyun planda yox idi. Rəqib xahiş edincə, gənc futbolçuları da 90 dəqiqə meydanda görmək üçün razılaşdıq". Matc.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov deyib.
38 yaşlı mütəxəssis bu gün "Diyarbakırspor"la keçirilən yoxlama görüşü ilə bağlı klubun mətbuat xidmətinə danışıb. Abbasov 0:1 hesablı məğlubiyyətə baxmayaraq, narazı qalmadığını söyləyib: "Amma xeyli qol epizodlarını dəyərləndirə bilmədik. Bu, həm Sumqayıtda, həm də burda keçirdiyimiz oyunlardakı problemlərimizdən biridi. Bunun üzərində işləməliyik ki, bu qədər qol epizodlarını boşa verməyək".
Abbasov ümumi toplanışı da dəyərləndirib: "ümumən hazırlığımız normal keçir. Qarşıda hələ iki yoxlama oyunumuz qalıb. Həmin matçlarda əlimizdən gəldiyi qədər səhvlərimizi düzəldib, çempionata hazır vəziyyətdə Sumqayıta qayıdacağıq".