26 İyul 2019, 13:54
FUTBOL
Azərbaycanı çempionlar Liqasında təmsil edən "Qarabağ"da bir günlük istirahət başa çatıb. Matc.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, komanda bu gündən II təsnifat mərhələsində "Dandolk"la cavab görüşünün hazırlıqlarına başlayıb.
İlk oyunda səfərdə 1:1 hesablı bərabərliyə imza atan Ağdam təmsilçisi bu gün öz bazasında hazırlıq keçib.
Qeyd edək ki, cavab qarşılaşması iyulun 31-də "Dalğa Arena"da keçiriləcək.