26 İyul 2019, 17:13
FUTBOL
"Milan"ın sabiq baş məşqçisi Cennaro Qattuzo çində çalışa bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, italiyalı mütəxəssis "Şanxay Şenxua"nın maraq dairəsindədi.
Yenidən çalışmağa hazır olan Qattuzo klub rəhbərliyi ilə danışıqlara start verib. Şərtlərdə razılıq əldə olunsa, 41 yaşlı mütəxəssis tezliklə "Şanxay Şenxua"nın "sükanı arxası"na keçəcək.
Qeyd edək ki, Cennaro Qattuzo 2017-ci ildən ötən aya qədər "Milan"a rəhbərlik edib.