Dortmund "Borussiya"sının hücumçusu Andre Şürrle karyerasını Rusiyada davam etdirə bilər. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, bunu futbolçunun meneceri İnqo Xaspel deyib.

Agent Premyer Liqa klublarından biri ilə danışıq apardıqlarını təsdiqləyib: "Andre futbol oynamaq istəyir. İtaliya klublarından ona maraq var. Həmçinin başqa ölkə klublarının nümayəndələri də bizimlə əlaqə saxlayırlar. Ancaq hazırda Rusiyadan gələn maraqlı təklifi dəyərləndiririk və onlarla sıx əlaqədəyik".

Qeyd edək ki, Andre Şürrle "Lokomotiv" və "Spartak"ın maraq dairəsindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest