27 İyul 2019, 12:09
FUTBOL
"Mançester Yunayted" müdafiəçisi Erik Bayini itirib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, futbolçu Beynəlxalq çempionlar Kuboku turnirində "Tottenhem"lə qarşılaşmada zədələnib.
Fasilədən sonra meydana daxil olan Fil Dişi Sahili millisinin üzvü cəmi 10 dəqiqə meydanda qala bilib və zədələnərək, 56-cı dəqiqədə əvəzlənib. Tibbi müayinədən sonra futbolçunun təxminən 6-8 həftə komandasına kömək edə bilməyəcəyi müəyyənləşib.
Qeyd edək ki, oyun "Mançester Yunayted"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.