Yaponiyada təlim-məşq toplanışında olan "Barselona" növbəti yoxlama görüşündə qüvvəsini sınayıb. Matc.az saytının məlumatına görə, klubun sponsoru olan "Rakuten"in təşkilatçılığı ilə keçirilən görüşdə rəqib yerli "Vissel Kobe" olub.

Oyun Andres İnyesta, David Vilya və Serxi Samperin sabiq komandalarına qarşı çıxş etməsi ilə əlamətdar olub. Gənc hücumçu Karles Peresin ikinci hissədəki dublu sayəsində İspaniya çempionu qarşılaşmadan qalibiyyətlə ayrılıb.

 

Yoxlama görüşü

27 iyul

"Vissel Kobe" (Yaponiya) - "Barselona" (İspaniya) - 0:2

Karles Peres, 59, 86

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest