"Yuventus" "Mançester Yunayted"in yarımmüdafiəçisi və kapitanı Brunu Fernandeşə maraq göstərir. İtaliya klubunun rəhbərliyi Luçano Spallettinin komandasının texniki səviyyəsini yüksəltmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə "Caught Offside" nəşri məlumat yayıb.

Bildirilir ki, "Yuventus" 31 yaşlı futbolçunun vəziyyətini onun nümayəndələri ilə müzakirə edib.

"Qırmızı şeytanlar" Fernandeşin transferi üçün 50-75 milyon avro tələb edə bilərlər ki, bu da yarımmüdafiəçinin maaşı ilə birlikdə onun keçidinə maneə ola bilər.

Həmçinin portuqaliyalı ilə "Mançester Yunayted" arasında müqavilənin müddətinin uzadılması barədə danışıqlar irəliləyib.

Yarımmüdafiəçi 2020-ci ilin yanvarından mankunianlıların heyətində çıxış edir.

Ötən mövsüm Fernandeş bütün turnirlərdə 37 oyunda iştirak edib, 9 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb.

Oyunçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Transfermarkt portalında yer alan məlumata görə, futbolçunun bazar dəyəri 35 milyon avro təşkil edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest