Kabo-Verde millisinin qapıçısı Vozinya karyerasını Çilinin "Kolo-Kolo" klubunda davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Bildirilir ki, sənədlər hələ imzalanmasa da, tərəflər artıq şifahi razılıq əldə ediblər. Vozinyanın bu həftəsonu yeni klubunda tibbi müayinədən keçəcəyi gözlənilir.

40 yaşlı qapıçı "Kolo-Kolo"ya azad agent statusunda keçəcək. Çili klubunun Uruqvay millisinin qapıçısı Santyaqo Melenin namizədliyinə üstünlük verməsi səbəbindən transfer bir müddət uğursuzluq həddinə çatıb.

Hazırda azad agent statusunda olan veteran qapıçının Portuqaliyanın "Şaveş" klubu ilə müqaviləsi iyunun sonunda başa çatıb. 40 yaşlı qolkiper dünya çempionatının əsas kəşflərindən birinə çevrilərək Kabo-Verde yığmasının sensasiyalı şəkildə 1/16 finala yüksəlməsinə və əsas vaxtda heç bir oyunda uduzmadan turniri tərk etməsinə kömək edib.

Turnir zamanı Vozinyanın "Instagram"da izləyici sayı 40 mindən 25 milyona yüksəlib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest