"Milan" klubu gənc futbolçuları Françesko Kamarda və Kristian Komotto ilə müqavilənin müddətini uzadıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, hər iki 18 yaşlı futbolçu ilə 2031-ci il iyunun 30-na qədər qüvvədə olacaq yeni müqavilə imzalanıb. Sözləşməyə müqavilənin müddətini daha bir mövsüm uzatmaq variantı da daxil edilib.

Qeyd edək ki, "Milan"nın yetirməsi olan oyunçulardan hücumçu Kamarda bu yay "Leççe"dən geri qaytarılıb. Yarımmüdafiəçi Komotto isə ötən mövsümü icarə əsasında "Spetsiya"da keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest