25 İyul 2026, 10:00
FUTBOL
Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu "Vest Hem"in niderlandlı vingeri Krisensio Sammervillin keçidini elan edib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müqavilənin detalları açıqlanmayıb. 24 yaşlı niderlandlının transfer məbləği 55 milyon funt-sterlinq təşkil etdiyi, daha 10 milyon funt-sterlinq isə bonus şəklində nəzərdə tutulduğu bildirilir.
Daha əvvəl oyunçuya onun üçün yalnız 46 milyon avro ödəməyə hazır olan Romanın "Roma" klubu maraq göstərirdi.
Ötən mövsüm Sammervill "Vest Hem"in heyətində 34 matçda meydana çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.






_1784928428.jpg)






