Madrid "Real"ının baş məşqçisi Joze Mourinyo "Leypsiq"in cinah hücumçusu Yan Diomandenin namizədliyini "Kral klubu"nun əsas transfer hədəfi kimi bəyənib.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano özünün "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
Portuqaliyalı mütəxəssis "Real" rəhbərliyinə hücum xəttində "daha çox sürət"ə və yeni gücə ehtiyacı olduğunu bildirib.
İspaniya nəhənginin 19 yaşlı futbolçu üçün 100 milyon avro ödəməyə hazır olduğunu qeyd edilir.
Ötən mövsüm Diomande bütün turnirlərdə 36 matçda iştirak edib, 13 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Oyunçunun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 90 milyon avro təşkil edir.










_1784928428.jpg)

