25 İyul 2026, 20:48
FUTBOL
"Real"ın yeni baş məşqçisi Joze Mourinyo mümkün kadr dəyişiklikləri ilə bağlı klub rəhbərliyinə öz mövqeyini dəqiq şəkildə bildirib. Portuqaliyalı mütəxəssis komandanın hazırkı özəyini qoruyub saxlamaq niyyətindədir və aparıcı futbolçuların satılması variantlarına baxmır.
Matc.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.
Bildirilir ki, məşqçi vinger Vinisius Junior ilə bağlı hər hansı sövdələşmənin əleyhinə çıxıb, həmçinin hücumçu Kilian Mbappe və yarımmüdafiəçi Cud Bellinqemin də transfer danışıqlarında yer almamalı olduqlarını bildirib.
Xatırladaq ki, əvvəllər KİV-də Londonun "Arsenal" klubunun braziliyalı hücumçu ilə maraqlanması barədə məlumatlar yayılmışdı.













