Andrea Pirlo İtaliya millisinin yeni baş məşqçisi olacaq.

Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" qəzeti məlumat yayıb.

Bildirilir ki, daha əvvəl Jozep Qvardiola İtaliya Futbol Federasiyasının təklifini rədd edib. Bundan sonra Pirlo "Skuadra adzurra"nın baş məşqçisi postuna əsas namizədə çevrilib.

Hər şey plana uyğun getsə, əfsanəvi yarımmüdafiəçi gələn həftə komandaya rəhbərlik edəcək. 47 yaşlı mütəxəssis illik məvacibi 2 milyon avro olmaqla 4 illik müqavilə imzalayacaq.

Hazırda BƏƏ-nin "Yunayted" klubunda çalışan Pirlonun sözügedən komanda ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.

İtaliya yığmasının baş məşqçisi postu bu ilin aprelində Cennaro Qattuzonun komandanı dünya çempionatına çıxara bilmədiyi üçün istefaya göndərilməsindən sonra vakant qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest