07 Avqust 2019, 17:56
AVROPA LİQASI
"Sabahkı oyunda yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Bundan əvvəl ilk oyunu səfərdə keçirmişdik. Bu dəfə evdə çıxış edəcəyik. Mən də komanda kimi təlaş keçirməməyə çalışacam ki, oyunu sakit tərzdə başa vuraq"
"Bizim üçün çox vacib oyundu. Rəqibin nə qədər ciddi olduğunu bilirik, oyunlarını analiz etmişik". Matc.az saytının məlumatına görə, bu sözlər "Neftçi"nin futbolçusu Namiq Ələskərova məxsusdu.
Yarımmüdafiəçi Avropa Liqasının III təsnifat mərhələsində İsrail klubu "Bney Yehuda" ilə keçiriləcək oyun öncəsi fikirlərini bildirib.
Ələsgərov mətbuat konfransında məqsədlərinin qələbə qazanmaq olduğunu söyləyib:
"Sabahkı oyunda yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Bundan əvvəl ilk oyunu səfərdə keçirmişdik. Bu dəfə evdə çıxış edəcəyik. Mən də komanda kimi təlaş keçirməməyə çalışacam ki, oyunu sakit tərzdə başa vuraq".
Qeyd edək ki, sabah "Bakcell Arena"da keçiriləcək oyun saat 21:00-da başlayacaq.