Massimilyano Alleqrinin istefaya göndərilməsi və klub rəhbərliyindəki dəyişikliklərdən sonra "Milan" yeni baş məşqçi axtarışlarını davam etdirir.

Matc.az ​"Football Italia"ya istinadən xəbər verir ki, "rossoneri"nin qısa siyahısına "Aston Villa"nın çalışdırıcısı Unai Emeri də daxil edilib. İspaniyalı mütəxəssis yeni mövsüm öncəsi komandanın yenidən qurulması üçün əsas variantlardan biri kimi nəzərdən keçirilir.

Bu posta baş namizəd isə bu yaxınlarda "Bornmut"dan ayrılan Andoni İraoladır. Namizədlər siyahısında "Yuventus"un sabiq baş məşqçisi Tyaqo Motta və "Bolonya"nın çalışdırıcısı Vinçenzo İtalyano da var.

Lakin İtalyano "Napoli"yə təyinat almağa yaxın olduğundan, onun "Milan"a gəlişi az ahtimal olunur. Eyni zamanda, "Barselona"nın sabiq baş məşqçisi Xavi Hernandesin dəvət oluna biləcəyi ilə bağlı məlumatlar hələlik təsdiqini tapmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest