​İspaniya La Liqası 2025/26 mövsümünün yekunlarına əsasən, mövsümün ən yaxşı oyunçusu mükafatına namizədlərin adlarını açıqlayıb.

Matc.az xəbər verir ki, namizədlərin siyahısına beş futbolçu daxil edilib:

​Lamin Yamal ("Barselona") — 28 oyun, 16 qol və 12 məhsuldar ötürmə;
​Kilian Mbappe ("Real") — 31 oyun, 25 qol və 5 məhsuldar ötürmə;
​Nikolya Pepe ("Vilyarreal") — 36 oyun, 8 qol və 11 məhsuldar ötürmə;
​Pablo Fornals ("Betis") — 37 oyun, 9 qol və 9 məhsuldar ötürmə;
​Vedat Muriqi ("Malyorka") — 37 oyun, 23 qol və 1 məhsuldar ötürmə.

Mövsümün ən yaxşı gənc oyunçusu mükafatına isə aşağıdakı futbolçular namizəddir:

Fermin Lopes ("Barselona") — 30 oyun, 6 qol və 9 məhsuldar ötürmə;
​Karlos Espi ("Levante") — 25 oyun və 11 qol;
​Alberto Moleiro ("Vilyarreal") — 37 oyun, 10 qol və 5 məhsuldar ötürmə;
​Arda Gülər ("Real") — 33 oyun, 4 qol və 9 məhsuldar ötürmə;
​Viktor Munyos ("Osasuna") — 34 oyun, 7 qol və 2 məhsuldar ötürmə.

​Son olaraq, La Liqada mövsümün ən yaxşı məşqçisi mükafatına üç mütəxəssis namizəd göstərilib:

Hans-Diter Flik ("Barselona") — çempionluq;
​Marselino Qarsiya Toral ("Vilyarreal") — üçüncü yer və Çempionlar Liqasına vəsiqə;
​Pepe Bordalas ("Xetafe") — yeddinci yer və Konfrans Liqasının təsnifat mərhələsinə vəsiqə.

Qeyd edək ki, qaliblər azarkeşlər, ekspertlər və La Liqa komandalarının kapitanları arasında keçiriləcək səsvermə vasitəsilə müəyyən olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest