26 May 2026, 16:59
MPL
Ukraynalı mütəxəssisin Muxtar Respublika təmsilçisi ilə müqaviləsi başa çatıb. Klub rəhbərliyi 49 yaşlı mütəxəssisə təşəkkür edib, karyerasında uğurlar arzulayıb.
“Araz-Naxçıvan” baş məşqçisi Andrey Demçenko ilə yollarını ayırıb.
Matc.az xəbər verir ki, ukraynalı mütəxəssisin Muxtar Respublika təmsilçisi ilə müqaviləsi başa çatıb. Klub rəhbərliyi 49 yaşlı mütəxəssisə təşəkkür edib, karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Andrey Demçenko 2026-cı ilin yanvarında bu vəzifəyə təyin olunub. Komanda onun rəhbərliyi altında 17 rəsmi oyun keçirib. Bu matçlardan 6-da qələbə qazanıb, 2-də heç-heçə edib.













