26 May 2026, 18:07
FUTBOL
"Kremoneze" ilə müqaviləsi gələn ay başa çatan Ceymi Vardi gələcəyi ilə bağlı qərarını verib.
Matc.az xəbər verir ki, ingiltərəli hücumçu İtaliya klubundan ayrılacaq. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
39 yaşlı forvard azad agent statusu ilə A Seriyası təmsilçisini tərk edəcək. Təcrübəli futbolçu bundan sonra yeni klub axtarışına başlayacaq.
Qeyd edək ki, Ceymi Vardi ötən mövsüm "Kremoneze"nin heyətində keçirdiyi 29 oyunda 7 qol vurub, 3 qol ötürməsi edib.













