"İnter" müdafiə xəttini gücləndirmək üzərində aktiv şəkildə işləyir.

Matc.az xəbər verir ki, İtaliya çempionu "Atalanta"nın sağ cinah müdafiəçisi Marko Palestranı heyətinə qatmaq istəyir. Bu barədə "Corriere della Sera" nəşri məlumat yayıb.

Milan klubu 21 yaşlı futbolçunun transferi ilə bağlı artıq rəsmi təklif irəli sürüb. ​"Neradzurrilar" bu transfer üçün 40 milyon avro, həmçinin bonus şəklində daha 5 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Marko Palestra 2025/26 mövsümündə icarə əsasında "Kalyari"də çıxış edib. İtaliya millisinin üzvü A Seriyası təmsilçisinin heyətində keçirdiyi 37 oyunda 1 qol vurub, 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest