29 Avqust 2019, 21:52
AVROPA LİQASI
Bu gün futbol üzrə Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycanın bu turnirdəki yeganə təmsilçisi "Qarabağ" da növbəti oyununa çıxıb.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Şimali İrlandiyanın "Linfild" klubu ilə qarşılaşıb.
Belfastda baş tutan ilk oyunda 2:3 hesabıyla məğlub olan Ağdam təmsilçisinə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaq üçün doğma meydanda 1:0 hesablı qələbə də bəs edirdi. Qarşılaşmanın əvvəlindəcə Xayme Romero erkən qolla təmsilçimizi sevindirib. Matçın sonlarında daha bir qol vuran təmsilçimiz vacib qələbə sayəsində tarixində 6-cı dəfə avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanıb.
Avropa Liqası
Pley-off mərhələsinin cavab oyunu
29 avqust
"Qarabağ" - "Linfild" 2:1
Qol: X.Romero, 6. A.Zubir, 88 - Ş.Leyveri, 90+3.
Qol: X.Romero, 6. A.Zubir, 88 - Ş.Leyveri, 90+3.
Baş hakim: Sergey İvanov (Rusiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Qarabağ: 13. Vaqner da Silva, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 8. Miçel, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 99. Maqaye Qeye.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 10. Dani Kintana, 23. Faysal Rerras, 30. Abbas Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
Linfild: 1. Roan Ferqyuson, 2. Mark Stafford, 6. Cimmi Kallaxer, 8. Bastyan Heri, 9. Coel Kuper, 14. Şeyn Leyveri, 16. Mettyu Klark, 20. Stefen Fallon, 22 Ceymi Malqryu (k), 31. Nayall Kuinn, 47. Kris Keysment.
Ehtiyat oyunçular: 40. Aleks Mur, 7. Endryu Uoteruort, 10. Cordan Stüart, 12. Kirk Millar, 17. Daniel Kirns, 23. Rayan Makqivern, 27. Endryu Mitçell.
Baş məşqçi: David Hili.