"1:0 hesabı ilə qalib gəlməyimiz demək olar ki, onlar üçün heç nəyi dəyişmirdi. Düşünürdülər ki vurduqları bir qol vəziyyəti xeyirlərinə dəyişəcək. Eyni vəziyyətdə oynamağa davam edirdilər"

"Qarabağ"ın ispaniyalı yarımmüdafiəçisi Xayme Romero Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Şimali İrlandiyanın "Linfild" klubuna qarşı keçirdikləri cavab oyunundan (2:1, ilk oyun 2:3) sonra jurnalistlərin suallarını cavablandırıb. Matc.az xəbər verir ki, komandasının ilk qolunu vuran legioner futbolçu öncə bunları söyləyib:
 
- Doğrudan da çətin oldu. Rəqib qapansa, çətin oyun alınır. Müdafiəni yarmaq asan olmur. Bəxtimiz gətirdi ki, erkən qol vurduq. Bu da bizə kömək etdi.
 
- Erkən qoldan sonra nə üçün qolların ardı gəlmədi?
- 1:0 hesabı ilə qalib gəlməyimiz demək olar ki, onlar üçün heç nəyi dəyişmirdi. Düşünürdülər ki vurduqları bir qol vəziyyəti xeyirlərinə dəyişəcək. Eyni vəziyyətdə oynamağa davam edirdilər. Qapanmışdılar və əks-hücuma bel bağlamışdılar.
 
- "Qarabağ"da istədiyin məqsədinə çatdın? Yoxsa hədəfin çempionlar Liqasının qrupu idi?
- "Qarabağ"a gələndə avrokuboklarda oynamaq istəyirdim. Əvvəlcə çL-də inamla irəlilədik. Davam edə bilərdik. Bu gün çempionlar Liqasında olmamağımızı bəxtsizliklə əlaqələndirərdim. Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandıq. Buna layiq idik.
 
- Qrup mərhələsində "Sevilya" və "Xetafe"də mübarizə aparacaq. ölkənin komandaları ilə eyni qrupda mübarizə aparmaq istərdin? 
- Maraqlı olardı İspaniya klublarına qarşı oynamaq. Qrup mərhələsindəyik, buna layiq idik. çox maraqlı keçəcək.
 
- çempionatda 200-300 azarkeş olur, ancaq avrokubok matçlarında 15-30 min azarkeş önündə oynayırsan. Sənə qəribə gəlmir?
- Bir az təəccüblü gəlir. Əsas odur ki, Avropada keçirdiyimiz oyunlarda bizə dəstək olurlar. çalışacağıq ki, ümidlərini doğruldaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest