Bu gün Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb. Matc.az saytının məlumatına görə, mərasim Monakoda keçirilib.

Bakı vaxtı ilə saat 15:00-da başlayan tədbirdə 48 klub 12 qrupa bölünüb. Bu komandalardan 21-i Avropa Liqasında pley-off mərhələsinin qalibidi. çempionlar Liqasının 10 uğursuzu, həmçinin birbaşa qrupdan mübarizəyə başlayacaq 17 klubun da püşkatmada rəqibi dəqiqləşib.

Azərbaycan çempionu "Qarabağ" avrokuboklarda 6-cı, Avropa Liqasında 5-ci dəfə əsas mərhələdə çıxış edəcək. Püşkün nəticəsinə görə A qrupuna düşən "Qarabağ" "Sevilya", APOEL və "Düdelanj"la mübarizə aparacaq.

Qeyd edək ki, sentyabrın 19-da başlayacaq qrup mərhələsinin oyunları dekabrın 12-də yekunlaşacaq.

 

Avropa Liqası

Qrup mərhələsi

A qrupu

"Sevilya" (İspaniya)

APOEL (Kipr)

"Qarabağ" (Azərbaycan)

"Düdelanj" (Lüksemburq)

B qrupu

"Dinamo" (Kiyev, Ukrayna)

"Kopenhagen" (Danimarka)

"Malmö" (İsveç)

"Luqano" (İsveçrə)

C qrupu

"Bazel" (İsveçrə)

"Krasnodar" (Rusiya)

"Xetafe" (İspaniya)

"Trabzonspor" (Türkiyə)

D qrupu

"Sportinq" (Portuqaliya)

PSV (Hollandiya)

"Rusenborq" (Norveç)

LASK (Avstriya)

E qrupu

"Latsio" (İtaliya)

"Seltik" (Şotlandiya)

"Renn" (Fransa)

çFR (Rumıniya)

F qrupu

"Arsenal" (İngiltərə)

"Ayntraxt" (Almaniya)

"Standard" (Belçika)

"Vitoriya" (Portuqaliya)

G qrupu

"Portu" (Portuqaliya)

"Yanq Boyz" (İsveçrə)

"Feyenoord" (Hollandiya)

"Reyncers" (Şotlandiya)

H qrupu

MOİK (Rusiya)

"Ludoqorets" (Bolqarıstan)

"Espanyol" (İspaniya)

"Ferensvaroş" (Macarıstan)

I qrupu

"Volfsburq" (Almaniya)

"Gent" (Belçika)

"Sent-Etyenn" (Fransa)

"Aleksandriya" (Ukrayna)

J qrupu            

"Roma" (İtaliya)

"Borussiya" (Mönhenqladbax, Almaniya)

"Başakşəhər" (Türkiyə)

"Volfsberq" (Avstriya)

K qrupu

"Beşiktaş" (Türkiyə)

"Braqa" (Portuqaliya)

"Vulverhempton" (İngiltərə)

"Slovan" (Slovakiya)

L qrupu

"Mançester Yunayted" (İngiltərə)

"Astana" (Qazaxıstan)

"Partizan" (Serbiya)

"Alkmar" (Hollandiya)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest