Avropa Liqasında 2018-19 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib. Bu nominasiyada belçikalı Eden Azar qalib elan edilib. Yayda "Real"a transfer olunan Azar ötən mövsüm "Çelsi"nin heyətində Avropa Liqasının qalibi adını qazanıb.
Avropa Liqasında 2018-19 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib. Matc.az saytının məlumatına görə, bu nominasiyada belçikalı Eden Azar qalib elan edilib.
Yayda "Real"a transfer olunan Azar ötən mövsüm "çelsi"nin heyətində Avropa Liqasının qalibi adını qazanıb. Onu "çelsi"dəki sabiq komanda yoldaşı Olivye Jiru izləyib. İlk "3-lüy"ü isə Azarın hazırda "Real"da çiyin-çiyinə oynadığı keçmiş "Ayntraxt"lı Luka Yoviç qapayıb.
2018-19 mövsümünün ən yaxşı futbolçuları
1. Eden Azar ("çelsi", hazırda "Real") – 340 xal
2. Olivye Jiru ("çelsi") – 119
3. Luka Yoviç ("Ayntraxt", hazırda "Real") – 94
4. Pyerr-Emerik Obameyanq ("Arsenal") – 65
5. Aleksandr Lyakazett ("Arsenal") – 19
6. Nqolo Kante ("çelsi") – 16
7. Joao Feliks ("Benfika", hazırda "Atletiko") – 12
8. Villian ("çelsi") – 11
9-10. Pedro Rodriges ("çelsi") – 9
9-10. Sebastien Haller ("Ayntraxt", hazırda "Vest Hem") - 9