"Bizi qrupda uzaq səfərlər gözləyir. Bütün rəqiblərə hörmətlə yanaşırıq. Lakin qrupa güclü başlamaq və birinci yeri tutmaq niyyətindəyik. Unutmayaq ki, öz ölkəsinin çempionları ilə qarşılaşacağıq. Avropa Liqası bizim üçün çox vacib turnirdi".
"Qrupu birinci pillədə başa vurmaq istəyirik". Matc.az saytının məlumatına görə, bunu "Sevilya"nın baş direktorunun müavini Xesus Arroyo deyib.
İspaniya təmsilçisi Avropa Liqasında "Qarabağ", APOEL və "Düdelanj"la birlikdə A qrupunda yer alacaq.
Yerli mətbuata açıqlamasında püşkatmanı dəyərləndirən Arroyo rəqiblərə hörmətlə yanaşdıqlarını söyləyib: "Bizi qrupda uzaq səfərlər gözləyir. Bütün rəqiblərə hörmətlə yanaşırıq. Lakin qrupa güclü başlamaq və birinci yeri tutmaq niyyətindəyik. Unutmayaq ki, öz ölkəsinin çempionları ilə qarşılaşacağıq. Avropa Liqası bizim üçün çox vacib turnirdi. Son illər bu yarışa böyük əhəmiyyət verən komanda ola bilərik. çox həyəcanlıyıq və mümkün qədər irəliləmək istəyirik".