"Daha çox iqtisadi və kadr potensialı olmayan komandalarla qarşılaşacağıq. Bu baxımdan püşkatmanın nəticəsindən razı qala bilərik". Matc.az saytının məlumatına görə, bunu "Sevilya"nın texniki katibliyinin üzvü Emilio de Dios deyib.

Klub rəsmisi yerli mətbuata açıqlamasında Avropa Liqasının qrup mərhələsini dəyərləndirib. O, APOEL və "Qarabağ"ı "Düdelanj"dan fərqləndirib: "Təbii ki, hər şey meydanda həll olur. Ancaq orta səviyyəli qrup olduğundan, narazı qala bilmərik. APOEL və "Qarabağ"ın avrokubokda rəqabət ənənəsi var. Onlar bu tempə öyrəşiblər. üstəlik, öz meydanlarında rəqiblərə problem yaradırlar və rəngarəng futbol sərgiləyirlər. "Düdelanj" bir az zəif görünə bilər. Amma Avropa arenasında asan oyun olmur".

Qeyd edək ki, "Sevilya", "Qarabağ", APOEL və "Düdelanj" A qrupunda mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest