"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib. Matc.az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan çempionu ilk matçını doğma meydanda Avroliqanın ən titullu komandası "Sevilya"ya qarşı keçirəcək.
 
İkinci turda "Düdelanj"ın qonağı olacaq Ağdam klubu, 3 və 4-cü turlarda elə bu mövsüm təsnifat mərhələsində üz-üzə gəldiyi Kipr APOEL-i ilə qarşılaşacaq. Qurban Qurbanovun yetirmələri son turda doğma meydanda "Düdelanj"la üz-üzə gələcək.
 
A qrupunun təqvimini təqdim edirik:
 
Avropa Liqası
A qrupu
 
19 sentyabr
 
20:55. Qarabağ - Sevilya
20:55. APOEL - Düdelanj
 
3 oktyabr
 
23:00. Düdelanj - Qarabağ
23:00. Sevilya - APOEL
 
24 oktyabr
 
20:55. Qarabağ - APOEL
23:00. Sevilya - Düdelanj
 
7 noyabr
 
20:55. APOEL - Qarabağ
20:55. Düdelanj - Sevilya
 
28 noyabr
 
23:00. Düdelanj - APOEL
23:00. Sevilya - Qarabağ
 
12 dekabr
 
20:55. Qarabağ – Düdelanj
20:55. APOEL - Sevilya

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest