01 Sentyabr 2019, 17:02
AVROPA LİQASI
Azərbaycan çempionu "Qarabağ" bu mövsüm yenə Avropa Liqasının qrup mərhələsində mübarizə aparmaq hüququ qazanıb. Matc.az xəbər verir ki, Ağdam təmsilçisi A qrupunda İspaniyanın "Sevilya", Kiprin APOEL v Lüksemburqun "Düdelanj" klubları ilə qarşılaşacaq.
Sözügedən klubların büdcələri müqayisə olunub. "Transfermarkt" tərəfindən təqdim olunan faktlara görə, "Sevilya" bu qrupda büdcəsinə görə ən nəhəng klubdu. İspaniya klubunun futbolçuları bütövlükdə 266 milyon avro dəyərindədi.
APOEL ikinci yerdə qərarlaşıb. Kipr təmsilçisinin büdcəsinin 23 milyon avro olduğu bildirilir.
"Qarabağ" bu göstəriciyə görə üçüncü yerdə qərarlaşıb. Ağdam klubunun büdcəsi 16 milyon avrodu.
A qrupunun ən "kasıb"ı isə "Düdelanj"dı – 4 milyon avro.