"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sevilya"nı mövsümün ən sıx dönəmi gözləyir. Matc.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, əndəlüs təmsilçisinin çətin oyunların məhz bu dövrə düşməsi baş məşqçisi Xulen Lopeteqini narahat edir.

Təsadüfi deyil ki, "Sevilya" 15 sentyabr - 6 oktyabr aralığında 7 oyun keçirəcək. Hansı ki, bunlar arasında La Liqada "Real" və "Barselona" ilə oyunlar da var. Əsasən də, "Real"la oyunöncəsi Bakı səfəri ispanları düşündürür.

Yerli KİV Lopeteqinin "Real" və "Barselona" kimi rəqiblərlə oyunöncəsi aparıcı futbolçularına istirahət verməsini istisna etmir: "Lopeteqini sentyabrın 15-dən başlayaraq, 16 gün ərzində 3 gündən bir oyun gözləyir. Komanda bu müddətdə "Real" və "Barselona" ilə də qarşılaşacaq. Onlardan ən ağırı, şübhəsiz ki, "Real"la oyun olacaq. çünki "Sevilya" bundan əvvəl 5000 km yol qət edərək, "Qarabağ"la Bakıda üz-üzə gələcək və cəmi 3 gün sonra "Real"ı qəbul edəcək. B sıx təqvim dönəmində heyətdə tez-tez dəyişikliklərin edilməsi qaçılmazdı. Lopeteqi bəzən aparıcı oyunçuları qorumaq məcburiyyətində qalacaq".

Qeyd edək ki, "Sevilya" yığma komandaların növbəti oyunlarına qədər müvafiq olaraq "Alaves" (15 sentyabr), "Qarabağ" (19 sentyabr), "Real" (22 sentyabr), "Eybar" (26 sentyabr), "Real Sosyedad" (29 sentyabr), APOEL (3 oktyabr) və "Barselona" (6 oktyabr) ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest