Avropa Liqasının A qrupunda qərarlaşan "Sevilya" öz rekordunu yeniləyəcək. Əndəlüs təmsilçisinin həm səfər etdiyi ölkə sayı artacaq, həm də ən uzun səfər rekordu təzələnəcək. Komanda indiyə qədər avrokuboklarda 103 rəsmi oyun üçün 29 ölkədə olub.

Avropa Liqasının A qrupunda qərarlaşan "Sevilya" öz rekordunu yeniləyəcək. Matc.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, əndəlüs təmsilçisinin həm səfər etdiyi ölkə sayı artacaq, həm də ən uzun səfər rekordu təzələnəcək.

Komanda indiyə qədər avrokuboklarda 103 rəsmi oyun üçün 29 ölkədə olub. Ancaq ilk dəfə Azərbaycan, Kipr və Lüksemburqa səfər edəcək. Bununla həmin ölkələrin sayı 32-yə yüksələcək.

Bundan başqa, La Liqa təmsilçisi tarixinin ən uzun səfərini edəcək. Belə ki, indiyə qədər onlar üçün ən uzun yol 4319 km-lik Tbilisi olub. Amma "Qarabağ"la Bakıdakı qarşılaşma üçün 4762 km yol qət edəcəklər və bu da yeni rekord olacaq.

Qeyd edək ki, "Qarabağ" - "Sevilya" matçı qrupun ilk turuna təsadüf edəcək və sentyabrın 19-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest