"Sevilya"nın yay "transfer pəncərəsi"nin son günündə heyətinə qatdığı Xavyer Ernandes kollektivlə birlikdə məşqlərdə iştirak edir. Matc.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, buna baxmayaraq, meksikalı forvardın debütü ləngiyə bilər.

Belə ki, baş məşqçi Xulen Lopeteqi ulduz futbolçunun hələ tam hazır olmadığını düşünür və bu üzdən həftəsonu La Liqanın IV turunda "Alaves" səfərində ona şans verməyi planlaşdırmır. Təbii ki, digər ön xətt oyunçularının son durumu da bu qərara təsir edəcək.

Ancaq ispanlar çiçaritonun gələn həftə Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"la ilk tur matçında debüt edəcəyini proqnozlaşdırırlar. 31 yaşlı futbolçu özü tez bir zamanda meydana çıxmaq istəsə də, çalışdırıcı bunun üçün tələsmir.

Qeyd edək ki, "Qarabağ" - "Sevilya" oyunu sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest