"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sevilya"da narazılıq yaranıb. Matc.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, buna yeni transfer Xavyer Ernandes səbəb olub.

Belə ki, ulduz futbolçu Meksika millisinin düşərgəsində olarkən diskotekada görüntülənib. Argentina (0:4) ilə yoxlama görüşü ərəfəsində onunla birlikdə sabiq "Sevilya"lı Migel Layun, həmçinin Ektor Moreno, Marko Fabian və Gilyermo Oçoa da Nyu-Yorkdakı gecə klublarından birində qızlarla əylənərkən görüntülənib.

Doğrudu, çiçarito və Layun sosial şəbəkə vasitəsilə bunu inkar ediblər. Lakin "Sevilya" rəhbərliyi bununla bağlı hücumçusu ilə söhbət aparacaq. La Liqa təmsilçisi oyunçusunun bu davranışından narazıdı. Ancaq onun cərimələnməsi nəzərdə tutulmur.

Qeyd edək ki, "Sevilya" Avropa Liqasının qrup mərhələsinin ilk turunda sentyabrın 19-da "Qarabağ"ın qonağı olacaq. "Vest Hem"dən transfer edilən çiçaritonun da məhz Tofiq Bəhramov adına Respublika Stadionunda debüt etməsi gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest