"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Sevilya"nı qəbul edəcək. Qarşılaşmanın biletləri bu gündən satışa çıxarılıb. Azarkeşlər biletləri sektorlar üzrə 3, 5, 15, 20, 50 və 100 manata əldə edə bilərlər.

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Sevilya"nı qəbul edəcək. Matc.az saytının məlumatına görə, qarşılaşmanın biletləri bu gündən satışa çıxarılıb.

Azarkeşlər biletləri sektorlar üzrə 3, 5, 15, 20, 50 və 100 manata əldə edə bilərlər.

Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassaları, Gənclik və 28 Mall (iticket satış məntəqəsi), Park Bulvar AVM (iticket satış məntəqəsi), ASAN 2, 3 (Yasamal, Amay t/m) və İticket.az-dan (onlayn) almaq mümkündü.

Qeyd edək ki, "Qarabağ" - "Sevilya" oyunu sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest