13 Sentyabr 2019, 13:02
AVROPA LİQASI
UEFA İsveçrə Super Liqasını cərimələyib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb "Sion" klubunun Avropa Liqasında iştirak etmək üçün qeydiyyatı zamanı buraxılan səhv olub.
Cərimənin məbləği 50 min avro təşkil edib. Məsələ burasındadı ki, 2017-ci ildə liqada səhvlərə əhəmiyyət vermədən kluba turnirdə iştirak etmək üçün lisenziya verilib. UEFA da həmin səhvləri görməyib.
Avropa yarışlarında oynamaq hüququ qazanan hər komanda düzgün işin aparıldığını göstərən xüsusi lisenziya almalıdı.
Qeyd edək ki, lisenziya ilə bağlı problemlərə baxmayaraq, "Sion" Avropa Liqasının 2017-18 mövsümünün III təsnifat mərhələsində "Suduva"ya iki oyunun (0:3, 1:1) cəmində məğlub olub.