16 Sentyabr 2019, 13:14
AVROPA LİQASI
Avropa Liqasının qrup mərhələsinin I turunda keçiriləcək "Qarabağ" - "Sevilya" oyununun hakimləri müəyyənləşib. Matc.az saytının məlumatına görə, UEFA qarşılaşmaya ukraynalı hakimlər briqadasını göndərir.
Oyunu Yevgeni Aranovski idarə edəcək. Ona Semyon Şlonçak və İqor Alyoxin kömək edəcəklər. Qarşılaşmada 4-cü hakim funksiyasını Yaroslav Kozik yerinə yetirəcək.
Hakimlərin işinə bosniya və herseqovinalı hakim-inspektor Elmir Pilav qiymət verəcək. Matçın UEFA nümayəndəsi Boris Stankov (Bolqarıstan) olacaq.
Qeyd edək ki, "Qarabağ" - "Sevilya" oyunu sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.