AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinin sədr müavini Orxan Hüseynzadə növbəti təyinatını alıb. Matc.az saytının məlumatına görə, UEFA "Neftçi"nin sabiq prezidentini Avropa Liqasının qrup mərhələsi oyununa təyin edib.

Hüseynzadə "Partizan"la "Alkmar" arasında Belqradda baş tutacaq qarşılaşmada iş başında olacaq. İtaliyalı Marko Quidanın idarə edəcəyi görüşdə həmyerlimiz UEFA nümayəndəsi vəzifəsini icra edəcək.

Qeyd edək ki, "Partizan" - "Alkmar" oyunu sentyabrın 19-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest